Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb

sosial sebeke

Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölübUkraynanın Xarkov vilayətinin Çuquyev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində üç nəfər ölüb.

"MemurTv.az" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında məlumat verib.

"Bu atəşə tutulma nəticəsində demək olar ki, bütün ailə həlak olub: 19 yaşlı qız, 11 yaşlı oğlan və 45 yaşlı kişi", - deyə o yazıb.

Hadisə nəticəsində üç nəfər də xəsarət alıb, onlardan biri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sinequbov bildirib ki, Rusiya Silahlı Qüvvələrinə məxsus dronun birbaşa zərbəsi nəticəsində fərdi yaşayış evi tamamilə dağılıb, çoxmərtəbəli bina, qarajlar və üç avtomobilə ziyan dəyib.

SON XƏBƏRLƏR