Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən obyektlə bağlı açıqlama.

sosial sebeke

Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən obyektlə bağlı açıqlama.Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən obyektlə bağlı açıqlama

Son günlər bəzi mediada Xətai rayonu, Xudu Məmmədov küçəsində binanın zirzəmisində aparılan işlərlə bağlı müxtəlif iddialar səsləndirilir.

MemurTv.az olaraq məsələni araşdırdıq. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən obyekt Elçin müəllimin şəxsi mülkiyyətindədir və çıxarışla (kupça ilə) rəsmiləşdirilib. Sənədləri qaydasındadır. Zirzəmidə aparılan işlərin də qanuni əsaslarla həyata keçirildiyi bildirilib.

Bu səbəbdən bəzi mediada yayılan video və iddiaların məsələ tam araşdırılmadan təqdim edilməsi düzgün yanaşma deyil.

Xahiş edirik ki, hər hansı məlumatı ictimaiyyətə təqdim etməzdən əvvəl məsələ ətraflı araşdırılsın və qarşı tərəfin də mövqeyi öyrənilsin. Məqsədimiz kiminsə mövqeyini müdafiə etmək deyil, ictimaiyyətə doğru və obyektiv məlumat çatdırmaqdır.

MemurTv.az — araşdırırıq, dəqiqləşdiririk, obyektiv təqdim edirik.