Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya demokratik idarəetmənin möhkəmləndirilməsində parlamentlərin mühüm rolunu müzakirə ediblər.
"MemurTv.az" xəbər verir ki, bu barədə Tatyana Valovaya "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı BMT-nin Cenevrədəki ofisində salamlamaq mənim üçün şərəf idi. Demokratik idarəetmənin möhkəmləndirilməsində parlamentlərin mühüm rolu barədə aparılan fikir mübadiləsinə görə minnətdaram", - o yazıb.
BMT ilə Azərbaycan arasında demokratiya və parlament fəaliyyəti mövzusunda müzakirələr aparılıb
sosial sebeke

















