
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
2000-ci il təvəllüdlü Tehran Seyidovun sürdüyü “Renault Megane” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ hissəsində olan ağaca çırpılıb.
Nəticədə, avtomobilin ön oturacağında əyləşən 1981-ci il təvəllüdlü Qasımov Eşqin Məhərrəm oğlu hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
sosial sebeke

















