Dünyada hər il 4 milyona yaxın insan tibdə olan səhvlərə görə həyatını itirir.
"MemurTv.az" xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Zəhra Vəzirova Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu hadisələrdən 80 faizi insan səhvləri səbəbindən olur:
"Bunun qarşısını almağın ən əlverişli yolu tibb işçiləri üçün simulyasiya tədris proqramların təşkil olunmasıdır. Yeni klinikada bu gün açılışı baş tutan Simulyasiya və Təlim Mərkəzi sözügedən riskləri azaltmaq, təcrübə qazandırmaq, tibb heyətinin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".
Direktor əlavə edib ki simulyasiya təlimləri nəticəsində ölüm hallarının 70 faizinin qarşısı alına bilər.
Zəhra Vəzirova: Dünyada hər il 4 milyona yaxın insan tibdə olan səhvlərə görə həyatını itirir
sosial sebeke

















