“Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü

sosial sebeke

“Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki,Quba rayon sakini 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.

Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

SON XƏBƏRLƏR