Rəşad Əliyev: "Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"

sosial sebeke

Rəşad Əliyev: "Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"Yaxın Şərq ölkələrindən Azərbaycana turist axınının artırılması məqsədilə həmin regionun aviaşirkətləri və turizm şirkətləri ilə danışıqlar aparılır.

"MemurTv.az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.

Onun sözlərinə görə, geosiyasi hadisələrin turizmə təsirini azaltmaq üçün Agentlik qısamüddətli tədbirlər həyata keçirir: "Artıq Yaxın Şərq ölkələrinin aviadaşıyıcıları və turizm şirkətləri ilə davamlı görüşlər keçiririk. Onları yerli turizm sənayesi nümayəndələri ilə əlaqələndiririk ki, həm dövlət, həm də özəl sektor tərəfindən müəyyən güzəştlər tətbiq olunsun və bu bazarda yaranan itkilərin təsiri minimuma endirilsin. Paralel olaraq Yaxın Şərq ölkələrindən turist axınının artırılmasını nəzərdə tutan dövlət proqramı üzərində də iş aparılır. Proqram daha uzunmüddətli həlləri əhatə edir və 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərin icrasına hazırlıq artıq başlanılıb".

SON XƏBƏRLƏR