ABŞ və İran Hörmüz boğazının daim açıq qalmasını təmin etmək üçün yol tapıblar.
"Memur.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bürgenştokda İran nümayəndə heyəti ilə danışıqlardan sonra, İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
"Biz Hörmüz boğazının sadəcə açılacağını deyil, həm də açıq qalacağını zəmanət altına almağa imkan verən mexanizm yaratdıq", - Vens qeyd edib.
O xatırladıb ki, boğaz vasitəsilə artıq təxminən 15 milyon barel neft daşınıb və o dünya yanacaq bazarlarında qiymətlərin enəcəyini düşünür.
Vensin sözlərinə görə, həmçinin regional atəşkəsin qorunub saxlanması və mümkün münaqişələrə nəzarət üçün mexanizm yaradılıb.
"Biz atəşkəsin qorunmasına zəmanət vermək üçün israillilərdən tutmuş Fars körfəzindəki ərəblərə qədər müttəfiqlərimizlə işləyirik. Bu məsələdə işlərin yaxşı getdiyini hiss edirik", - vitse-prezident bildirib.