Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən məhsulların tanıdılmasıdır

sosial sebeke

Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən məhsulların tanıdılmasıdırKeçirilən festivalın əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunda yetişdirilən məhsulların daha yaxından tanıdılmasıdır.

Bunu "MemurTv.az"ın Qərb bürosuna açıqlamasında Göygöldə keçirilən Aqrar Biznes Festivalı və III Moruq festivalında iştirak edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

O, təşkil olunan tədbirin artıq ənənə halını aldığını vurğulayıb:

"Bu festivalın əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunda yetişdirilən məhsulların daha yaxından tanıdılması və fermerlərin fəaliyyətinin stimullaşdırılmasıdır. Qeyd edim ki, bugünkü festival artıq sayca 97-ci analoji tədbirdir. Festivalda yerli və xarici şirkətlərin yüzlərlə nümayəndəsi iştirak edir. Burada həmçinin fermerləri innovativ texnika və müvafiq avadanlıqlarla təmin edən təchizatçı şirkətlər də təmsil olunur. Eyni zamanda, burada startapçılar üçün xüsusi zona yaradılıb. Festival çərçivəsində təşkil olunan paneldə isə aqrar sahəyə dövlət dəstəyi ilə bağlı müzakirələr aparıldı".

SON XƏBƏRLƏR