DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

sosial sebeke

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıbBu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə "MemurTv.az" Fonddan məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub.

SON XƏBƏRLƏR