Nazir: "Azərbaycanda külək enerjisi istehsalı ilin sonunadək 6 dəfə artacaq"

sosial sebeke

Nazir: "Azərbaycanda külək enerjisi istehsalı ilin sonunadək 6 dəfə artacaq"Azərbaycanda külək enerjisi istehsalı 2026-cı ilin sonunadək təxminən 6 dəfə artacaq.

"MemurTv.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da deyib.

Onun sözlərinə görə, ​hazırda təxminən 8 giqavat gücündə günəş və külək energisi layihələrinin icrası ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlama sistemləri tətbiq olunur, sistemin çevikliyi artırılır və yeni interkonnektorlar işlənib hazırlanır:

"​Bu istiqamətdə nəticələr artıq bizim enerji balansımızda özünü göstərir. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 %-dən çox artacağını gözləyirik. 2027-ci ilin sonunadək isə təxminən 2 giqavat gücündə günəş və külək enerjisi gücləri şəbəkəyə inteqrasiya olunacaq və bu da illik emissiyaların 2,4 milyon ton azalmasına imkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji baxış bizim əsas rəhbər prinsipimizdir: enerji təhlükəsizliyini "yaşıl keçid"lə uyğunlaşdırmaq, Azərbaycanın mövcud enerji liderliyindən istifadə edərək davamlı, az karbonlu enerji sistemi qurmaq və diversifikasiya olunmuş enerji əlaqələri vasitəsilə ölkəmizin regional yaşıl enerji habı kimi mövqeyini möhkəmləndirmək".

Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın "yaşıl keçidi"nin əsas əraziləridir: "Bu ərazilərdə yenidənqurma, enerji və iqlim siyasəti bir araya gəlir. Biz həmçinin Naxçıvanda yaşıl enerji zonası konsepsiyasının həyata keçirilməsi üçün ardıcıl addımlar atırıq".

SON XƏBƏRLƏR