"Axios": Uitkoff və Kuşner oktyabrda yenidən Rusiyaya səfər edə bilər

sosial sebeke

"Axios": Uitkoff və Kuşner oktyabrda yenidən Rusiyaya səfər edə bilərABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün oktyabrın sonuna qədər yenidən Moskvaya səfər edə bilər.

"MemurTv.az"ın xəbərinə görə, bu barədə mənbəyə istinadən "Axios" məlumat yayıb.

Portalın məlumatına görə, Amerika nümayəndələri münaqişəyə son qoymağın yollarını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə daha bir görüş keçirə bilərlər.

Sentyabrın əvvəlində Uitkoffla Kuşner Moskva və Kiyevə səfər ediblər və hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparıblar.

Amerika nümayəndələri ilə Ukrayna nümayəndə heyəti arasında 9 oktyabrda Mayamidə görüş də planlaşdırılır. Tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı yenidənqurma da daxil olmaqla, münaqişənin həlli ilə bağlı yeni təklifləri müzakirə etmək niyyətindədirlər.

SON XƏBƏRLƏR