Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.
Bu barədə "MemurTv.az"a Türkiyə mətbuatına istinadən xəbər verir.
Görüşdə Türkiyə-Suriya münasibətləri və əməkdaşlıq sahələri, qonşu ölkələrlə münasibətlər, həmçinin regional sabitlik müzakirə olunub.
Tərəflər İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə koordinasiyanın qorunmasına diqqət yetiriblər.
Görüşdə həmçinin İsrailin Suriyanın cənubunda davam edən hücumlarına toxunulub, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvinin nəticələri və bunun ölkənin müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına potensial töhfəsi müzakirə edilib.
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər
sosial sebeke

















