Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

sosial sebeke

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişikPrezident İlham Əliyev Azərbaycanın heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərmədiyini bəyan edib.

"MemurTv.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

"Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik", - deyən dövlət başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik. Prezident, həmçinin vurğulayıb: "Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür".

SON XƏBƏRLƏR