Azərbaycanla Mərakeş arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

sosial sebeke

Azərbaycanla Mərakeş arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Mərakeş Krallığı arasında müdafiə və kosmos sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

"MemurTv.az" xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov "X" sosial şəbəkə hesabında yazıb.

"Əlahəzrət Kral VI Məhəmmədin yüksək himayəsi altında keçirilən Mərakeş Airshow 2026-da (7–10 oktyabr) iştirak etdik", - o yazıb.

Səfir bildirib ki, sərgiyə 27 ölkədən 200-ə yaxın iştirakçı qatılıb.

"Mərakeşin aeronavtika, müdafiə və kosmos sahələrindəki mövqeyini təsdiq edən bir sərgi. Azərbaycan və Mərakeş arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi üçün gözəl bir fürsət", - paylaşımda qeyd olunub.

SON XƏBƏRLƏR