Prezident: Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla iş aparır

sosial sebeke

Prezident: Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılması üzrə Qazaxıstan və Özbəkistanla iş aparırEnergetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur.

"MemurTv.az"ın Türkmənistana ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik", - Prezident İlham Əliyev bildirib.

SON XƏBƏRLƏR