NZZ: Makron siyasi lider kimi tükənib, vəzifəsini tərk etməyin vaxtıdır » Memur.az

NZZ: Makron siyasi lider kimi tükənib, vəzifəsini tərk etməyin vaxtıdır

NZZ: Makron siyasi lider kimi tükənib, vəzifəsini tərk etməyin vaxtıdırFransa Prezidenti Emmanuel Makron siyasi lider kimi özünü tükətmişdir, artıq vəzifəsini tərk etməyin vaxtıdır.

Report-un məlumatına görə, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" (NZZ) qəzetində dərc olunan məqalədə deyilir.

Nəşr qeyd edib ki, Makronun böyüklük maniyası "artıq siyasi baxımdan effektiv deyil", o getdikcə "dağılmaqda olan respublikanın ümidsiz idarəçisi"nə çevrilir:

"Makronun siyasi teatrı artıq dəyər görmür: fransızların cəmi 17%-i ona hələ də etibar edir, 73%-i isə onun istefasını istəyir. Hətta onu dəstəkləməli olan siyasi müttəfiqlər belə ondan uzaqlaşırlar. Fransanın sabiq baş naziri Eduar Filipp onun sülh yolu ilə, ləyaqətli şəkildə istefa verməsini tələb edir. Makronun yaratdığı İntibah Partiyasının sabiq baş naziri və baş katibi Qabriel Attal isə mediaya bildirib ki, artıq prezidentin qərarlarını başa düşmür".

Məqalədə qeyd olunub ki, Fransanın 3,3 trilyon avro həcmində böyük borcu var və parlamentarizm böhran içindədir. Qəzet xatırladıb ki, Makron prezidentliyə sağçı "Milli Birlik" Partiyasının populyarlığının artmasının qarşısını almaq vədi ilə gəlmişdi. Lakin onun dövründə sağçı populizm daha da güclənib və iqtisadi dirçəlmədən danışmaq mümkün deyil.

Məqalə müəllifləri vurğulayıblar ki, Makronun hələ də "ölkəsinin problemlərini həll edə biləcəyinə" inanması onun özündənrazılığına işarədir.

"O, ölkənin qütbləşməsinə özü səbəb olur. Hakimiyyətdən yapışmaqla "Milli Birlik"i gücləndirir", – deyə məqalədə bildirilib.

"Makron özünü tükətmişdir, ona olan etimad itib. Əgər "Milli Birlik" Partiyasına qarşı mübarizənin qiyməti dövlətin fəaliyyət qabiliyyətini itirməsidirsə, deməli, getmək vaxtıdır", – qəzet yekunlaşdırır.