Azərbaycanın şimal-qərb rayonlarında şəhidlər anılıb.
"MemurTv.az"ın Şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonların Şəhidlər xiyabanlarında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.
Saat 12:00-da şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şimal-qərb rayonlarında şəhidlər anılıb
sosial sebeke

















