Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır

sosial sebeke

Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdırVəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır.

"MemurTv.az" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə "Avropada və onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, "Vəkillik peşəsinin müstəqilliyinin təminatları" mövzusunda çıxış edərək vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb.

A.Bağırov qeyd edib ki, vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.

VK sədri həmçinin bildirib ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.

SON XƏBƏRLƏR