Putin: Qərblə Rusiya arasında məhbus mübadiləsində bir çox ölkələr iştirak edib » Memur.az

Putin: Qərblə Rusiya arasında məhbus mübadiləsində bir çox ölkələr iştirak edib

Putin: Qərblə Rusiya arasında məhbus mübadiləsində bir çox ölkələr iştirak edibQərb və Rusiya arasında həyata keçirilmiş məhbus mübadiləsi prosesində bir çox ölkələr iştirak edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Prezident Vladimir Putin bunu Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda mübadilənin həyata keçirilməsini mümkün edən danışıqlarda göstərdiyi köməyə görə təşəkkür edib.

Qeyd edək ki, avqustun 1-də Türkiyədə Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb. Mübadilə Rusiya, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç və Belarus həbsxanalarında olan 26 nəfəri əhatə edib. Azadlığa buraxılan on nəfər, o cümlədən iki uşaq Rusiyaya, on üç nəfər Almaniyaya, üç nəfər isə ABŞ-yə göndərilib.