Sağlam qalmağın yolları açıqlandı

sosial sebeke

Sağlam qalmağın yolları açıqlandı
“Müntəzəm yuxu çatışmazlığı immun sistemini ciddi şəkildə zəiflədir. Bu səbəbdən kifayət qədər istirahət etmək və sağlam həyat tərzi sürmək orqanizmin müqavimətini dərmanlarla tez bir zamanda artırmağa çalışmaqdan daha faydalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri kardioloq Gülnarə Orlova müsahibəsində bildirib.

Həkim qeyd edib ki, yetkin insanın gündə 7-9 saat yuxuya ehtiyacı var. Hər gün eyni vaxtda yatıb-oyanmaq vacibdir. Həftəsonu yuxusuzluğu kompensasiya etmək mümkün deyil, rejim tədricən tənzimlənməlidir.

G.Orlova təhlillərlə təsdiqlənmiş vitamin çatışmazlığı olmadan əlavə vitamin qəbul etməməyə çağırıb. O bildirib ki, insan vitaminlərin çoxunu qidadan alır, əlavələrin nəzarətsiz istifadəsi isə viruslara qarşı qoruyucu maneə yaratmır, əksinə, orqanizmə zərər verə bilər.

Kardioloq soyuq havanın oturaq həyat tərzi üçün bəhanə olmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təmiz havada gəzintilərdən başlayaraq tədricən fiziki aktivliyi artırmaq lazımdır.

Mütəxəssis virusların aktiv yayılması başlamazdan əvvəl erkən qrip peyvəndi vurdurmağı tövsiyə edib. O xatırladıb ki, sarımsaq, zəncəfil və limon infeksiyanın qarşısını almır, antibiotiklər isə viruslara deyil, yalnız bakteriyalara təsir edir. Həkim həmçinin əllərin tez-tez yuyulmasının və otaqların müntəzəm havalandırılmasının vacibliyini qeyd edib.

SON XƏBƏRLƏR