Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Bu barədə "MemurTv.az"a Dövlət Komitəsindən bildirilib.
Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində və şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir.
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
sosial sebeke

















