Tamaş Torma: Macarıstanda 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

sosial sebeke

Tamaş Torma: Macarıstanda 800-ə yaxın azərbaycanlı tələbə təhsil alırMacarıstan və Azərbaycan arasında təhsil əlaqələri iki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biridir. Hazırda Macarıstanda 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

"MemurTv.az" xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma "Study in Europe" təhsil sərgisinə həsr olunmuş brifinqdə bildirib.

"Macarıstan universitetləri ingilis dilində keyfiyyətli təhsil təklif edir. Azərbaycanlı tələbələrin əksəriyyəti keyfiyyətli təhsil proqramları, müasir tədqiqat mərkəzləri və beynəlxalq elmi institutlara görə Macarıstan universitetlərini seçirlər. Onlar mühəndislik, biznes və informasiya texnologiyaları kimi istiqamətlər üzrə təhsil alırlar", – diplomat qeyd edib.

Torma vurğulayıb ki, azərbaycanlı məzunlar əmək bazarında uğurla çalışırlar və bu, Macarıstanda əldə edilən bilik və diplomların dəyərini nümayiş etdirir.

O həmçinin iki ölkə universitetləri arasında, xüsusən də kənd təsərrüfatı və əczaçılıq sahələrində tərəfdaşlıq münasibətlərinin inkişafını qeyd edib.

Səfirin sözlərinə görə, azərbaycanlı tələbələr üçün Macarıstanın cəlbediciliyinin daha bir amili ölkənin təhlükəsizliyi, qonaqpərvərliyi, sosial və mədəni inteqrasiya imkanlarıdır.

"Azərbaycanlı tələbələrin macar cəmiyyətinə inteqrasiya etməsi asandır. Tələbələrin də dediyi kimi, onlar həqiqətən də özlərini bizdə evlərindəki kimi hiss edirlər", - Torma əlavə edib.

Səfir həmçinin dillərin öyrənilməsi sahəsində əməkdaşlığı qeyd edib. Xüsusən də, Azərbaycan Dillər Universitetində macar dili tədris olunur, Budapeşt universitetlərindən birində isə tələbələr Azərbaycan dilini öyrənirlər.

SON XƏBƏRLƏR