
Nepal 26 avqustda Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən daşqınlardan sonra itkin düşən 5285 nəfər üçün axtarış-xilasetmə əməliyyatlarını dayandırır. Fəlakət nəticəsində 1455 nəfərin öldüyü bildirilir.
“Qafqazinfo”nun məlumatına görə, Baş nazir Balendra Şahın ofisi açıqlayıb ki, hökumət bundan sonra bərpa və yenidənqurma işlərinə, xüsusilə zədələnmiş yolların və körpülərin təmirinə diqqət yetirəcək.
Daşqınlardan təxminən 33 min nəfərin zərər çəkdiyi, 7500-ə yaxın evin dağıldığı və yenidənqurma xərclərinin 4,77 milyard dollar olacağı təxmin edilir.
Qərar itkinlərin ailələri arasında narazılıq yaradıb. Bəzi ailələr axtarışların davam etdirilməsini tələb edir, digərləri isə itkin yaxınları üçün qiyabi dəfn mərasimləri keçiriblər. Ailələr həmçinin kompensasiya, sığorta və miras prosedurları üçün ölüm şəhadətnamələrinin verilməsini istəyirlər.
Minlərlə insandan əllərini üzdülər...
sosial sebeke

















