Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib

sosial sebeke

Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edibBaş prokuror Kamran Əliyev oktyabrın 7-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

"MemurTv.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.

Baş prokuror mənzillərə baxış keçirərək yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

SON XƏBƏRLƏR