Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır

sosial sebeke

Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdırİnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

"MemurTv.az"ın məlumatına görə, bu fikir Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır:

"Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı".

İlham Əliyev bildirib ki, Azərbaycan 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir:

"Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar".

SON XƏBƏRLƏR