Azərbaycan Mərkəzi Bankı (AMB) və Böyük Britaniyaya məxsus "Standard Chartered Bank" arasında suveren istiqraz bazarındakı vəziyyət müzakirə edilib.
"MemurTv.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Britaniya bankının Borc kapital bazarları üzrə icraçı direktoru Jojo Ounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qlobal maliyyə bazarlarında makroiqtisadi mühit və tendensiyalar, valyuta ehtiyatların idarə edilməsi üzrə aktual meyillər, eləcə də suveren istiqraz və pul bazarının cari dinamikası müzakirə edilib, həmçinin Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi, "Standard Chartered Bank"ın qlobal maliyyə şəbəkəsinin bu istiqamətdə yarada biləcəyi imkanlar, eləcə də təşkilatlar arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran təşəbbüslər, habelə bilik və təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan və "Standard Chartered Bank" suveren istiqraz bazarındakı vəziyyəti müzakirə ediblər
sosial sebeke

















