
10–13 sentyabr tarixlərində Belarusun Minsk şəhərində kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” beynəlxalq yarışı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər. Azərbaycanı yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.
Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.
Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
sosial sebeke

















