Cevdet Yılmaz: Azərbaycan və Türkiyə İƏT-in diasporasında böyük gücdür

sosial sebeke

Cevdet Yılmaz: Azərbaycan və Türkiyə İƏT-in diasporasında böyük gücdürAzərbaycan və Türkiyə İslam Əməkdaşllq Təşkilatının (İƏT) diasporasında böyük gücdür.

Bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumunda çıxışından sonra "MemurTv.az"ın yerli bürosuna açıqlamasında bildirib.

C.Yılmaz deyib ki, Azərbaycanın diaspora fəaliyyətini və bu tədbirdə iştirak edən heyətin fəaliyyətini təqdir edir: "Azərbaycanın güclü diasporu olduğunu bilirik. Türkiyənin, eləcə də bir çox digər qardaş ölkələrin də diasporları fəaldır. Bunların hər biri ayrı-ayrılıqda böyük bir gücdür. Lakin onların bir araya gəlməsi ilə daha böyük təsirə və daha güclü nəticələrə nail olmaq mümkündür. Bu baxımdan, əməkdaşlığın belə bir həmrəyliyə və birgə fəaliyyətə vəsilə olmasını arzulayıram".