Rusiya qoşunlarının sentyabrın 8-i gecə saatlarından etibarən Ukrayna paytaxtı Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
"MemurTv.az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko "Telegram" kanalında məlumat yayıb.
"Sentyabrın 8-də paytaxtda 23 nəfər xəsarət alıb, onlardan 14-ü şəhər xəstəxanalarında stasionar müalicə alır... Üç nəfərin vəziyyəti kritikdir. Ukrayna paytaxtının Solomyansk rayonunda anbar binasına mərmi düşməsi nəticəsində 2 nəfər həlak olub", - o yazıb.
Daha sonra o, Kiyevə endirilən zərbələr zamanı ölənlərin sayının 5-ə çatdığını bildirib.
16:36
Rusiya ordusu sentyabrın 8-də Ukrayna paytaxtında dərman, ərzaq və poçt anbarlarına kütləvi zərbələr endirib.
Kiyev hərbi administrasiyanın rəsmisi Yekaterina Pop "Report"un Şərqi Avropa bürosuna bildirib ki, zərbələr 18 saat davam edib.
Zərbələr nəticəsində Ukraynanın populyar "Mı Ukraina " televiziyasının binası da vurulub. Zərbə səhər canlı efir zamanı olub, əməkdaşlar, aparıcı ağır yaralanıb.
"Paytaxta edilən kombinə edilmiş hücum nəticəsində iki nəfər həlak olub. Amma say irəliləyən vaxtda arta bilər. Həmçinin təxminən 20 nəfərin yaralandığı məlumdur. Onlardan səkkizi paytaxtdakı tibb müəssisələrində yerləşdirilərək hospitalizasiya olunub. İki nəfər ağır vəziyyətdədir, digərlərinə ambulator yardım göstərilib", - o deyib.
Y. Popun sözlərinə görə, təxminən 15 çoxmənzilli bina zədələnib.
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
sosial sebeke

















