Bu yollarda tıxac var - Siyahı

sosial sebeke

Bu yollarda tıxac var - Siyahı
Bakının bir sıra yollarında tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.