Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq

sosial sebeke

Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaqAnkarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq.

Bu barədə "MemurTv.az"ın Türkiyə bürosuna Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, proqram mərkəzlə Ankara Dövlət Opera və Balet Baş İdarəsi arasında həyata keçirilən ortaq layihə çərçivəsində həyata keçiriləcək.

Festival çərçivəsində baş tutacaq "İki Devlet – Bir Sahne: Kardeş Ezgiler" adlı konsert proqramı isə 19 sentyabrda olacaq.

Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşaiyəti və Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçiriləcək konsertdə hər iki ölkənin tanınmış opera sənətçiləri çıxış edəcək.

SON XƏBƏRLƏR