İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

sosial sebeke

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlibAzərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

"MemurTv.az"ın Qırğızıstana ezam edilən müxbirinin verdiyi məlumata əsasən, "Manas" beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.