İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

sosial sebeke

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı veribPrezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib.

"MemurTv.az" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. 19 sərnişinin axtarışları isə davam edir.