
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev
Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
sosial sebeke

















