• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU

Siyasət

25-10-2025, 13:39

QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDUMəşhur Məmmədov,
Millət vəkili

2020-ci il oktyabrın 25-i Azərbaycan tarixində əbədi iz buraxan qürur günlərindən biridir. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəni belə qiymətləndirmişdi:
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”

Bu sözlər 44 günlük Vətən müharibəsinin dönüş nöqtələrindən birinə çevrilən Qubadlının azad edilməsinin həm strateji, həm də mənəvi mahiyyətini ifadə edir. Qubadlı uğrunda döyüşlər çətin relyefdə, düşmənin möhkəmləndirilmiş istehkamlarına qarşı aparılsa da, Azərbaycan əsgəri yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Əvvəlcə şəhərə nəzarət edən strateji yüksəkliklər ələ keçirildi, Xanlıq, Padar, Sarıyataq və ətraf kəndlər azad olundu. Bunun ardınca oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam azad etdi.

Qubadlının azadlığı, əslində, müharibənin sonrakı mərhələsində Zəngilan–Laçın–Şuşa istiqamətində əməliyyatların uğurla davam etdirilməsinə yol açdı. Beləliklə, Qubadlı əməliyyatı həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın Qələbəsinə aparan əsas mərhələlərdən biri oldu.

Qubadlı 1988-ci ildən etibarən Ermənistan tərəfindən təxribatların, hücumların və silahlı basqınların hədəfinə çevrilmişdi. 1993-cü il avqustun 31-də rayon tam işğal edildi. Bu müddətdə 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 161 mədəniyyət obyekti, 7 məscid, 1080 kənd təsərrüfatı obyektləri, 650 km yol və minlərlə kilometr kommunikasiya xətləri dağıdılmış, 29997 nəfər əhali doğma torpağından didərgin düşmüşdü. İşğal illərində Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Qubadlıda qanunsuz məskunlaşma həyata keçirdi və Cenevrə Konvensiyasını pozdu.Nəhayət ədaləti bərqərar etməyin zamanı gəldi. 2020-ci il payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik ədalətsizliyə son qoydu. Qubadlı ilə birlikdə rayonun 41 kəndi azad edildi. Dövlət başçısının 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə Qubadlının azad olunmasında iştirak etmiş 15209 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.

Bu tarixi qələbə sonradan Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın “Qubadlı şəhəri günü” kimi rəsmiləşdirilməsi ilə əbədiləşdirildi.

İşğaldan əvvəl Qubadlı iqtisadi baxımdan Qarabağ bölgəsinin məhsuldar və strateji rayonlarından biri idi. Ərazisi 802 kvadrat kilometr, torpaq fondu 79 min 812 hektar olan Qubadlıda əsas təsərrüfat sahələri əkinçilik və heyvandarlıq idi. “Gəyən” və “Yazı” düzlərində, Bərgüşad və Həkəri çaylarının vadilərində taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, tütünçülük isə rayon iqtisadiyyatının aparıcı sahələrindən biri idi.

Rayonun təbii sərvətləri də çox zəngindir: Hacılıda mişar daşı, Bərgüşad çayının sahilində yaşəm, Muradxanlıda mərmərləşmiş əhəng daşı, Eyvazlıda əqiq, Xanlıqda qum-gil yataqları mövcuddur. Bu resurslar Qubadlının gələcək sənaye və tikinti potensialını müəyyənləşdirir.

İşğaldan azad olunduqdan sonra Qubadlıda tamamilə yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli siyasət nəticəsində 2021-ci ildə “Qubadlı” yarımstansiyası istifadəyə verilib, Qubadlı–Şükürbəyli enerji xətti çəkilib və bölgə sürətli internetlə təmin edilib. 2021-ci il oktyabrın 25-də Qubadlıda Azərbaycan bayrağı qürurla qaldırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabr tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı”nı təsdiq edib. Plana əsasən, Qubadlıda 47 mindən çox əhalinin məskunlaşması, “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyası əsasında yeni infrastrukturun yaradılması nəzərdə tutulur.

Hazırda Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Mahruzlu kəndində 190 ev, Zilanlıda isə 159 evin inşası planlaşdırılıb. Gələcəkdə bu kəndlərdə təxminən 3 minə yaxın sakin məskunlaşacaq.Qubadlının dirçəlişində infrastruktur layihələri xüsusi yer tutur. Qubadlı–Eyvazlı avtomobil yolu (28,5 km) və Qubadlı–Laçın avtomobil yolu (20 milyon manat dəyərində layihə) Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunur. Bu yollar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən mühüm nəqliyyat arteriyası kimi çıxış edəcək.

Prezident İlham Əliyevin Qubadlıya etdiyi çoxsaylı səfərlər – bayrağın ucaldılması, enerji və sosial obyektlərin açılışı, yeni məktəb, xəstəxana və inzibati bina təməllərinin qoyulması dövlətin bu bölgənin bərpasına verdiyi strateji əhəmiyyəti göstərir.

Bu gün Qubadlı yalnız bir rayon deyil, Qələbə rəmzidir, milli dirçəlişin simvoludur.
Prezident İlham Əliyevin dediyi kimi, “Qubadlıya öz sahibləri qayıdıb” – bu qayıdış həm torpağa, həm tarixə, həm də milli ruhumuza qayıdışdır.

Paylaş:
Digər xəbərlər

Siyasət

20-10-2025, 12:00

İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaş ...

Mədəniyyət

26-08-2024, 08:51

Bu gün Laçın Şəhəri Günüdür

Mədəniyyət

25-10-2023, 13:23

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət

31-07-2023, 16:19

İşğaldan azad edilən ərazilər üzrə şəhər günləri təsis olundu

Siyasət

4-05-2023, 12:23

İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib

Hadisə
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Cəmiyyət
Dünən, 17:31
Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
16-03-2026, 05:28
Bakı səmasında dron səsləri eşidilməsi ilə bağlı Müdafiə Nazirliyindən açıqlama
16-03-2026, 01:13
Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
15-03-2026, 06:21
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
10-03-2026, 12:45
Sabah hava yağıntılı olacaq
10-03-2026, 12:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
Son xəbərlər
  • Bu gün, 06:38
    Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
  • Bu gün, 06:35
    Mingəçevirdə bayram tədbirləri üçün 51 min manat xərclənəcək
  • Bu gün, 06:33
    Nizami Rayon İcra Hakimiyyəti rabitə xərclərini açıqlayıb
  • Bu gün, 05:50
    ÇL: “Real Madrid”, PSJ və “Arsenal” 1/4 finalda
  • Bu gün, 05:48
    İran prezidenti Laricaninin ölümünə görə qisas vəd edib
  • Bu gün, 05:47
    ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
  • Bu gün, 05:44
    Dmitriyev ABŞ-yə Britaniya və Aİ-yə qarşı sanksiyalar tətbiq etməyi təklif edib
  • Bu gün, 05:41
    Ceyhun Bayramov Əraqçiyə Naxçıvana dron hücumlarının araşdırılmasını söylədi - YENİLƏNİB
  • Bu gün, 05:40
    Bu ölkənin Baş naziri vəzifəyə başladıqdan 3 həftə sonra istefa verdi
  • Dünən, 17:37
    Mamıtkanov: Azərbaycan bu ilin yayında Qırğızıstanda beşulduzlu hoteli istifadəyə verəcək
  • Dünən, 17:36
    Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
  • Dünən, 17:35
    Elçin Quliyev xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçuları təltif edib
  • Dünən, 17:34
    AYNA: Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
  • Dünən, 17:33
    Cəbrayılda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
  • Dünən, 17:33
    Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb
  • Dünən, 17:32
    Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək
  • Dünən, 17:32
    Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
  • Dünən, 17:31
    Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
  • Dünən, 11:32
    Prezident yeni cərimələri təsdiqlədi
  • Dünən, 11:20
    Prezident bir sıra hərbçiləri təltif etdi- Siyahı
  • Dünən, 10:44
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Manaf Manafov
  • Dünən, 06:03
    İlham Əliyev Tokayevi təbrik etdi
  • Dünən, 06:01
    Xocavənddə bağçılıq təsərrüfatına baxış keçirilib
  • Dünən, 05:57
    XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır
  • Dünən, 05:49
    Nizami məqbərəsinin ətrafı tullantılardan təmizlənəcək
  • Dünən, 05:47
    Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNDİ
  • Dünən, 05:35
    Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 05:32
    Bu gün Torpaq çərşənbəsidir
  • Dünən, 05:31
    İranlı səfir: Tehran ABŞ-dən nə danışıq, nə də atəşkəs istəyib
  • Dünən, 05:29
    İran XİN: Tehran uzunmüddətli müharibəyə hazırdır
  • Dünən, 05:27
    Finlandiya Prezidenti: ABŞ İran əməliyyatı ilə bağlı Avropa ölkələri ilə danışıqlar aparır
  • 16-03-2026, 19:20
    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
  • 16-03-2026, 05:43
    Makron İran prezidenti ilə telefon danışığının təfərrüatını açıqlayıb
  • 16-03-2026, 05:33
    İran ordusu Dohada üç rayona zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib
  • 16-03-2026, 05:32
    SEPAH ABŞ-nin aviadaşıyıcılarına xidmət göstərən mərkəzləri hədəf elan edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...