AMEA-nın yubileyinə 21 ölkədən nümayəndə qatılacaq
siyaset
21-10-2025, 11:20
8
"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin növbəti iclasında deyib.
Onun sözlərinə görə, həmin günlərdə qonaqların da iştirakı ilə Akademiya Muzeyi açılacaq: "Həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyası, eləcə də "Yanardağ" Qoruğuna gəzinti təşkil olunacaq".
İ.Həbibbəyli bildirib ki, noyabrın 5-də Türk dünyasının elmlər akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.
