• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib

Siyasət

24-09-2025, 12:02

İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edibAzərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə bildirilir:

"Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.

Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.

Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturdur. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

Paylaş:
Digər xəbərlər

Siyasət

24-09-2025, 12:04

İlham Əliyev: Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımal ...

Siyasət

24-09-2025, 12:02

Prezident: Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün b ...

Siyasət

24-09-2025, 12:01

Prezident: Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir

Sosial

25-06-2025, 13:00

Nazir: “Orta Dəhlizin dəmir yolu ilə illik 75 milyard dollarlıq ticarət döv ...

Dünya

23-06-2025, 09:23

Türkiyə Hörmüz boğazına alternativ olaraq “Orta Dəhliz”də işlərini gücləndi ...

Hadisə
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Meksikada güclü zəlzələ baş verib
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Cəmiyyət
Bu gün, 10:26
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 16:19
"Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
5-02-2026, 10:19
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
3-02-2026, 14:29
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 14:20
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
18-12-2025, 10:37
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
Son xəbərlər
  • Bu gün, 15:34
    Dövlət teatrlarında islahatlara başlanılıb, "Azdrama"da yeni təyinatlar olub
  • Bu gün, 15:32
    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub
  • Bu gün, 15:32
    Maliyyə Nazirliyi ötən il 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub
  • Bu gün, 15:31
    İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
  • Bu gün, 15:30
    Azərbaycan BƏƏ ilə ticarət-investisiya əməkdaşlığını gücləndirməyi müzakirə edib
  • Bu gün, 15:29
    İlham Əliyev ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb
  • Bu gün, 15:28
    Betsi Berns Korn: Azərbaycanın strateji əhəmiyyəti var
  • Bu gün, 15:27
    Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub
  • Bu gün, 15:27
    Naxçıvan MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib
  • Bu gün, 15:26
    Bakı və Düşənbə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
  • Bu gün, 10:26
    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Bu gün, 10:26
    Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yetişdirilən mütəxəssislərin sayı açıqlanıb
  • Bu gün, 10:25
    Qərbi Azərbaycan İcması Fransa senatının qətnaməsini pisləyib
  • Bu gün, 10:24
    Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
  • Bu gün, 10:23
    Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
  • Bu gün, 10:22
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 33 illiyi qeyd olunub
  • Bu gün, 10:21
    Leyla Əliyeva Gəncə səfərindən paylaşım edib
  • Bu gün, 10:21
    Vuçiç Serb Respublikasının yeni prezidentini təbrik edib
  • Bu gün, 10:19
    Tramp Takaiçini Yaponiya seçkilərində qələbə qazanması münasibətilə təbrik edib
  • Bu gün, 10:19
    Meksikada güclü zəlzələ baş verib
  • Bu gün, 10:18
    Serbiyanın Ədliyyə Nazirliyi Aİ-nin təzyiqi iddialarını rədd edib
  • Bu gün, 10:17
    İtaliyada dəmir yolu təxribatı terror aktı kimi araşdırılır
  • Dünən, 16:19
    "Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
  • Dünən, 16:17
    Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb
  • Dünən, 16:14
    Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
  • Dünən, 16:12
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
  • Dünən, 16:10
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
  • Dünən, 16:07
    Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
  • 7-02-2026, 17:08
    General Zakir Nəsirovun polkovnik oğlu kimdir və harda işləyir?
  • 7-02-2026, 15:04
    Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
  • 7-02-2026, 15:02
    Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
  • 7-02-2026, 15:00
    İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • 7-02-2026, 14:57
    Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • 7-02-2026, 14:55
    AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
  • 7-02-2026, 14:53
    Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...