Azərbaycanın sığorta bazarı 13 % böyüyüb
iqtisadiyyat
Bu gün, 10:43
3
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.
