Azərbaycan neftinin qiyməti 91 dolları ötüb » Memur.az

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Azərbaycan neftinin qiyməti 91 dolları ötübDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,75% artaraq 91,43 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.