Azərbaycan neftinin qiyməti 86 dolları keçib » Memur.az

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Azərbaycan neftinin qiyməti 86 dolları keçibDünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,14 ABŞ dolları, yaxud 2,5% artaraq 86,29 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.