Qurban Qurbanov: Qalibiyyət vacib idi

sosial sebeke

Qurban Qurbanov: Qalibiyyət vacib idiQalibiyyət vacib idi.

"MemurTv.az"ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis səfərdə İslandiyanın "Vestri" komandasına qalib gəldikləri (3:0) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb:

"Yaxşı oyun alındı. Uzun yol gəlmişdik. İki oyunun nəticəsinə görə 6 qol və qol buraxmamaq – bu yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.

Çatışmazlıqlarımız var. Amma belə hava şəraitində əvvəlki oyuna nisbətən daha yaxşı oynadıq. İnşallah vaxtımız olacaq və inanıram ki, qarşıdakı oyunda daha yaxşı idman formasında olacağıq".

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən 6:0 hesablı qələbə qazanan "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib

SON XƏBƏRLƏR