III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib - YENİLƏNİB » Memur.az

III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib - YENİLƏNİB

III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib - YENİLƏNİBAzərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib.

"Report" xəbər verir ki, Tacikistan idmançılarından ibarət 60, Özbəkistan idmançılarından ibarət 15 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

İdmançıları hava limanında media nümayəndələri qarşılayıbar.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

04:17

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha bir ölkənin idmançıları Bakıya gəlib.

"Report" xəbər verir ki, Belarus idmançılarından ibarət 30 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.