“Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni növbəti dəfə sevindirib” - RƏY
cemiyyet
8-05-2023, 13:51
195
“Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni növbəti dəfə sevindirib”.
Bu fikirləri “Report”a açıqlamasında hüquq müdafiəçisi, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan Respublikasının əfv tarixində ilk dəfədir, bu qədər böyük sayda insan əfv olunur:
“Həmin şəxslərin əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, digər qismi azadlıqdan məhrumetmə cəzası yarıbayarı azaldılması ilə bağlı, bəziləri isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan azad ediliblər”.O xatırladıb ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bu cür böyükmiqyaslı əfv sərəncamı gözlənilirdi:
“Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla əfv olunan şəxsləri, onların ailələrini, yaxınlarını, bir sözlə, yüzlərlə ailəni növbəti dəfə sevindirib”.
“Azadlığa buraxılan şəxslər bundan sonra bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini verə bilərlər. Həmçinin hesab edirəm ki, sözügedən şəxslər gələcəkdə cinayət törətməkdən çəkinəcək, eyni zamanda, yaxşı bir həyat qurmaq imkanından səmərəli istifadə edəcəklər” - , Ə. Nuriyev vurğulayıb.