Sabah Biləsuvarda 1000-dən çox abonentin qaz təminatında fasilə yaranacaq
bolge
23-07-2025, 18:01
5

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.
Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.