Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayır, eləcə də bu dənizdə suyun səviyyəsinin dəyişməsini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etməklə Xəzərin rəqəmsal əkizini yaratmağı planlaşdırır.
"MemurTv.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin Türkmənbaşıda Xəzər ekoloji sammitində bildirib.
"Rusiya hökuməti Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin öyrənilməsi və onların mənfi nəticələrinin minimuma endirilməsi üzrə kompleks proqram hazırlayır. Proqram 2030-cu ilə qədər nəzərdə tutulub. O, çoxsaylı tədqiqatların aparılmasını nəzərdə tutur və biz onların nəticələrini, şübhəsiz ki, bütün sistemlərlə bölüşəcəyik", - prezident qeyd edib.
O həmçinin Xəzər dənizinin rəqəmsal əkizinin yaradılması barədə Rusiyanın təklifini xatırladıb.
"Söhbət buxarlanma dinamikasının, yağıntıların və çay axınının təhlili əsasında süni intellekt alqoritmlərindən istifadə etməklə yaradılacaq yüksək dəqiqlikli virtual modeldən gedir. Bu model vasitəsilə Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı etibarlı ssenariləri hesablamaq mümkün olacaq", - o əlavə edib.
Putinin sözlərinə görə, bu model həmçinin naviqasiya marşrutlarının dəqiqləşdirilməsi və düzəliş edilməsi, gəmiçiliyin təhlükəsizliyinin artırılması üçün də tətbiq edilə bilər. Dövlət başçısı Müstəqil Dövlətlər Birliyi ölkələrini bu təşəbbüsə qoşulmağa dəvət edib.
Putin: Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayacaq
sosial sebeke

















