Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir.
"MemurTv.az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.
O qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur:
"Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir. Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır".
R.Məmmədovun sözlərinə görə, bu çərçivədə əsas məqsəd bilikli və məsuliyyətli vətəndaş yetişdirməkdir:
"Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir".
Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir
sosial sebeke

















