Qazaxıstan 2029-cu ilə qədər infrastruktur layihələrinə 90 milyard dollar xərcləyəcək

sosial sebeke

Qazaxıstan 2029-cu ilə qədər infrastruktur layihələrinə 90 milyard dollar xərcləyəcək2029-cu ilə qədər Qazaxıstan infrastrukturunun əsaslı şəkildə yenilənməsinə 90 milyard ABŞ dollarından çox vəsait yönəldiləcək.

"MemurTv.az" "24KZ"ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Belarusun paytaxtı Minskdə keçirilən "İNNOPROM" beynəlxalq sənaye sərgisinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, Milli İnkişaf Planında nəzərdə tutulub və energetika, mənzil-kommunal təsərrüfatı kimi bir sıra sahələri əhatə edəcək.

"Tikinti proqramının həyata keçirilməsi yeni müəssisələrin yaradılmasına və dayanıqlı istehsal zəncirlərinin formalaşmasına, eləcə də sənaye kooperasiyasının gücləndirilməsinə töhfə verəcək. Dünya iqtisadiyyatının transformasiyası fonunda ölkələrin kompetensiya, investisiya və texnologiyaları birləşdirməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir", - O.Bektenov qeyd edib.

SON XƏBƏRLƏR