Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir

sosial sebeke

Pezeşkian: İran artıq ABŞ-yə etibar etmirİran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.

"MemurTv.az" xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: "İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir".

"İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək", - Pezeşkian vurğulayıb.

Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.

SON XƏBƏRLƏR