Dövlət Qulluğu haqqında Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıb

sosial sebeke

Dövlət Qulluğu haqqında Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıbDövləq Qulluğu haqqında Məcəllənin şamil olunmadığı vəzifələr açıqlanıb.

"MemurTv.az" xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, onun müddəaları Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə, Milli Məclisin deputatlarına, Baş nazirə və onun müavinlərinə, məhkəmələrin hakimlərinə, İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) şamil olunmur.

Məcəllə, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə də tətbiq edilmir.

Eyni qayda yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, habelə Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə də aiddir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, sədr müavinləri, katibi və üzvləri, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri, habelə hərbi qulluqçular da Məcəllənin müddəalarından istisna edilir.

SON XƏBƏRLƏR